Agentlik sədri: Ermənistan revanşist düşüncəsindən əl çəkməli, Azərbaycanın təklif etdiyi sülhü dəyərləndirməlidir

Agentlik sədri: Ermənistan revanşist düşüncəsindən əl çəkməli, Azərbaycanın təklif etdiyi sülhü dəyərləndirməlidir Ermənistan revanşist düşüncəsindən əl çəkməli, Azərbaycanın təklif etdiyi sülhü dəyərləndirməlidir.
Xarici siyasət
23 Aprel , 2024 11:30
Agentlik sədri: Ermənistan revanşist düşüncəsindən əl çəkməli, Azərbaycanın təklif etdiyi sülhü dəyərləndirməlidir

Ermənistan revanşist düşüncəsindən əl çəkməli, Azərbaycanın təklif etdiyi sülhü dəyərləndirməlidir.

"Report" xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov "Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmaları ifşa edir və ya Qərbi Azərbaycan torpaqları nədən bəhs edir" adlı konfransda deyib.

Onun sözlərinə görə, kapitulyasiya aktını imzalayan Ermənistan rəhbərləri və Qarabağdan qovulmuş separatçı qalıqları hazırda ağa axtarışındadır, gah nala vururlar, gah mıxa:

"Cənubi Qafqazda əmin-amanlığa aparan yol sülh sazişidir. Ermənistan rəhbərliyi sərbəst siyasət yürütmək qabiliyyətinə malik olmadığından xarici qüvvələrin təsiri ilə onların dediklərini həyata keçirir. Bu da Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə, sülhün bərpa edilməsinə zərbədir. Azərbaycansız baş tutan istənilən görüşün isə müsbət bəhrələr verməsi çətindir. Əksinə, Ermənistanı silahlandırmaq, əlavə vəsait vermək regionda yeni münaqişələr yaratmağa yol açır. Ona görə də rəsmi İrəvan revanşist düşüncəsindən əl çəkməlidir, Azərbaycanın təklif etdiyi sülhü dəyərləndirməlidir, Qərb isə regionda gərginliyin yaradılmasında maraqlı olmamalıdır".

Son xəbərlər

Orphus sistemi