Ağdamda Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım toplanılır

Ağdamda Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım toplanılır Türkiyə Respublikasında baş verən zəlzələ zamanı zərərçəkənlərə yardım kampanyası Ağdam rayonunda da aparılır. Üç gündür davam edən yardım kompanyası zamanı artıq 2-ci TIR bu gün yüklənərək yola salınıb.
Xarici siyasət
10 Fevral , 2023 17:49
Ağdamda Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım toplanılır

Ağdam rayonunda Türkiyədə baş verən zəlzələdən zərərçəkənlər üçün yardım toplanır.

"Report"un Qarabağ bürosunun məlumatına görə, Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksində yardımlar çeşidlənərək qutulara yığılır.

Yardımlar əsasən yorğan, döşək, yastıqdan, ərzaq bağlamalarından, isti geyimlərdən ibarətdir. Bundan əlavə vacib ehtiyacları nəzərə alaraq dərman preparatları, əlil arabaları gətirənlər də var.

Ağdamda kampaniya üç gündür davam edir və artıq iki TIR yardım Türkiyəyə yola salınıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Son məlumata görə, Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 18 991nəfərə çatıb. Təbii fəlakət nəticəsində 75 523 nəfər yaralanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün fevralın 6-da ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Təbii fəlakət həmçinin Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub, eyni zamanda Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə də hiss edilib.

Son xəbərlər

Orphus sistemi