AEBA direktoru əməkdaşlığa görə Azərbaycan XİN-ə təşəkkür edib
- 24 avqust, 2023
- 10:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayevlə görüşüb.
“Report” xəbər verir ki, bu barədə R.Qrossi “X”də paylaşım edib.
Bildirilib ki, tərəflər arasında qarşılıqlı əməkdaşlıq müzakirə olunub: "AEBA ilə əməkdaşlıq və nüvə elmi ilə Azərbaycan pambıq istehsalını nəzərəçarpacaq dərəcədə üç dəfə artırıb. Qoşulmama Hərəkatının qlobal hədəflərə çatmasında "Ümid Şüaları" kimi təşəbbüsləri ilə bu hərəkata sədrlik edən Azərbaycanla işləməyə davam edəcəyik".
R.Qrossi dəstəyə görə Azərbaycan Xarici İşlər Nazirliyinə təşəkkür edib.
With @IAEAorg and nuclear science, #Azerbaijan remarkably tripled its cotton output. We will continue working w/ as it leads the Non-Aligned Movement towards achieving the #GlobalGoals, with initiatives like #RaysOfHope. Thank you @AzerbaijanMFA Fariz Rzayev for your support. pic.twitter.com/0RkyBV45Db
— Rafael MarianoGrossi (@rafaelmgrossi) August 24, 2023