Adıyaman valisi: Zəlzələdən sonra ilk dəstək Azərbaycandan gəldi
Xarici siyasət
- 03 fevral, 2025
- 15:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kahramanmaraşda 2023-cü il fevralın 6-da dağıdıcı zəlzələdən zərərçəkən 11 vilayətdən ən çox təsirə məruz qalan Adıyaman oldu və bura ilk dəstək Azərbaycandan gəldi.
Bunu "Report"un Türkiyə bürosuna Adıyaman valisi Osman Varol bildirib.
“Adıyamana Azərbaycan həm maddi, həm mənəvi dəstək verib. Təbii fəlakət baş verən ilk həftədən burada Azərbaycan Koordinasiya Mərkəzi yaradılıb və 3 ay boyunca aktiv xilasedici işlər davam etdirilib”, - o deyib.
O.Varol vurğulayıb ki, Kahramanmaraşda Azərbaycan məhəlləsində iki qardaş ölkənin birliyi ilə hazırda əsaslı tikinti işləri gedir:
“Başda Prezident İlham Əliyev olmaqla, Azərbaycan xalqına və dövlətinə təşəkkür edirik”.
Son xəbərlər
12:34
Sabah rayonlara yağış yağacaq
Ekologiya
12:30
Asif Məmmədov Premyer Liqada son 18 mövsümün rekordunu qırıb
Futbol
12:27
Rubio G20 sammitindən sonra Qazaxıstana səfər etməyi planlaşdırır - Yenilənib
Digər ölkələr
12:25
İsmayıllıda zəlzələ olub
Hadisə
12:25
ABŞ və Özbəkistan arasında kosmik əməkdaşlığa dair saziş imzalanıb
Region
12:16
İspaniyada "Adam" qasırğası və leysan yağışları səbəbindən "qırmızı" təhlükə səviyyəsi elan edilib
Digər ölkələr
12:03
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
Biznes
12:01
Katsuya Vatanabe: Azərbaycandakı nəqliyyat və BOEM layihələri Yaponiya şirkətlərini cəlb edir – Müsahibə
Xarici siyasət
11:58
Nazirliyin həbsdə olan idarə rəisinin məhkəməsində ziyanın müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilib
Hadisə