ADA və Gürcüstanın Diplomatik Təhsil və Araşdırma İnstitutu arasında memorandum imzalanıb

ADA və Gürcüstanın Diplomatik Təhsil və Araşdırma İnstitutu arasında memorandum imzalanıb Azərbaycan və Gürcüstanın diplomatik ali məktəbləri əməkdaşlıq edəcək
Xarici siyasət
9 İyul , 2019 14:36
ADA və Gürcüstanın Diplomatik Təhsil və Araşdırma İnstitutu arasında memorandum imzalanıb

Azərbaycan Diplomatik Akademiyası (ADA) və Gürcüstanın Xarici İşlər Nazirliyinin Levan Mikeladze adına Diplomatik Təhsil və Araşdırma İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Sənədi ADA Universitetinin rektoru Hafiz Paşayev və Gürcüstan XİN-nin nəzdindəki ali məktəbin direktoru Tinatin Breqvadze imzalayıblar.

Memorandumun imzalanması mərasimi Bakıda keçirilən GUAM ölkələrinin diplomatik akademiya və elmi mərkəz rəhbərlərinin görüşü çərçivəsində baş tutub. Toplantıda tərəflər GUAM-a üzv ölkələrin diplomatik akademiya və elmi mərkəzləri arasında əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər. 

Son xəbərlər

Orphus sistemi