ADA Universitetində regionun enerji təhlükəsizliyinə dair simpozium işə başlayıb.
“Report” xəbər verir ki, beynəlxalq ekspertlərin iştirak etdiyi tədbirdə Cənubi Qafqazın enerji təhlükəsizliyi ilə bağlı əsas məsələlər, habelə İkinci Qarabağ müharibəsi dövründəki enerji təhlükəsizliyi və kiber təhlükəsizliyi məsələləri müzakirə olunacaq.
Simpoziumun açılışında universitetin prorektoru Fariz İsmayılzadə, SOCAR-ın marketinq və iqtisadi əməliyyatlar vitse-prezidenti Vitaliy Bəylərbəyov, energetika nazirinin müavini Elnur Soltanov, “Naval Postgratuade School”un direktor müavini Alan Hovard nitq söyləyiblər.
Simpoziumda ekspertlər arasında Corctaun Universiteti professoru, tanınmış enerji mütəxəssisi Brenda Şaferin, “Naval Postgraduate School”un müəllimi Daniel Templın və digərlərinin çıxışı planlaşdırılır.