ADA Universitetində 13-cü beynəlxalq festival keçirilib

Xarici siyasət
  • 23 may, 2025
  • 12:24
ADA Universitetində 13-cü beynəlxalq festival keçirilib

ADA Universitetində 13-cü beynəlxalq festival keçirilib.

“Report” xəbər verir ki, tədbir çoxsaylı səfirliklərin, beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirib.

Açıq havada keçirilən festival beynəlxalq anlaşma, mədəniyyət və dostluq bayramı olub.

Bu il festivalda 50-dən çox ölkənin, o cümlədən Çexiya, Moldova, Polşa, Niderland, İsveçrə, Macarıstan, Litva, Tacikistan, Türkmənistan, Çili, Meksika, Argentina və digər ölkələrin diplomatik missiyalarının nümayəndələri iştirak ediblər.

Diplomatlar öz ölkələrinin milli yeməkləri, ənənəvi geyimləri, dekorativ-tətbiqi sənət əşyaları, musiqi və rəqs nömrələri kimi zəngin və müxtəlif mədəniyyətlərini təqdim ediblər.

Tədbirdə 200-dən çox qonaq iştirak edib. Ziyarətçilərə ölkələrin tarixi və turizm məkanları, mədəni xüsusiyyətləri və ənənələri haqqında məlumat verilib.

ADA Universitetində beynəlxalq festival hər il keçirilir. Festival mədəniyyətlərarası dialoqun inkişafına, beynəlxalq əlaqələrin möhkəmləndirilməsinə və tələbələrin dünyagörüşünün genişləndirilməsinə yönəlib.

Foto: Mircavid Eminoğlu

Son xəbərlər

Bütün Xəbər Lenti