ABŞ Senatının komitəsi Azərbaycandakı səfirin namizədliyini dekabrda müzakirə edəcək

Xarici siyasət
  • 14 noyabr, 2018
  • 07:49
ABŞ Senatının komitəsi Azərbaycandakı səfirin namizədliyini dekabrda müzakirə edəcək

Bakı. 14 noyabr. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizəd olan Örl Litzenberger dekabrın 13-də ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsinin qarşısında növbəti dəfə çıxış edəcək.

Bu barədə "Report"a ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gill məlumat verib.

Onun sözlərinə görə, komitə Ö.Litzenbergerin namizədliyini təsdiqləyərsə, son dinləmələr Senatda keçiriləcək.

Xatırladaq ki, Ö.Litzenbergerin ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi məsələsi bu ilin oktyabr ayında Senat Komitəsində müzakirə olunub.

44 filmi