ABŞ səfirliyi: “Münasibətlərin normallaşması üçün Azərbaycan və Ermənistan arasında dialoq lazımdır”

ABŞ səfirliyi: “Münasibətlərin normallaşması üçün Azərbaycan və Ermənistan arasında dialoq lazımdır” Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün ölkələr arasında dialoq aparılmalıdır.
Xarici siyasət
10 Oktyabr , 2023 15:10
ABŞ səfirliyi: “Münasibətlərin normallaşması üçün Azərbaycan və Ermənistan arasında dialoq lazımdır”

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün ölkələr arasında dialoq aparılmalıdır.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki səhifəsində yazılıb.

“Ötən gün Bakıda olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Cənubi Qafqazda davamlı və ləyaqətli sülhün əldə edilməsində ABŞ-ın Azərbaycan və Ermənistana dəstəyini müzakirə etmək üçün yüksək vəzifəli şəxslərlə görüşüb. Münasibətlərin normallaşması üçün tərəflər arasında dialoq lazımdır” - paylaşımda bildirilib.

Son xəbərlər

Orphus sistemi