ABŞ Əfqanıstandakı fəaliyyətinə görə Azərbaycan sülhməramlılarına təşəkkür edib

ABŞ Əfqanıstandakı fəaliyyətinə görə Azərbaycan sülhməramlılarına təşəkkür edib ABŞ-ın Azərbaycandakı səfirliyi Əfqanıstandakı fəaliyyətinə görə Azərbaycan sülhməramlılarına təşəkkür edib.
Xarici siyasət
1 Sentyabr , 2021 13:58
ABŞ Əfqanıstandakı fəaliyyətinə görə Azərbaycan sülhməramlılarına təşəkkür edib

ABŞ-ın Azərbaycandakı səfirliyi Əfqanıstandakı fəaliyyətinə görə Azərbaycan sülhməramlılarına təşəkkür edib.

"Report" xəbər verir ki, bu barədə səfirliyin feysbuk səhifəsində məlumat verilib.

"Əfqanıstan hava limanında xidmət edən Azərbaycan sülhməramlılarına təşəkkür edirik! Azərbaycan sülhməramlılarına, ABŞ və NATO tərəfdaşlarının Kabil Hava Limanını təxliyələri zamanı təhlükəsizliyi təmin etməkdə kömək etdikləri üçün minnətdarıq. Sülhməramlıların Azərbaycana salamat dönməklərinə çox sevindik!", - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi