ABŞ səfirliyi Azərbaycana başsağlığı veribABŞ səfirliyi 27 sentyabr-Anım Günü münasibətilə Ermənistan-Azərbaycan münaqişədə həlak olanların ailələrinə başsağlığı verib.
ABŞ səfirliyi 27 Sentyabr - Anım Günü ilə bağlı Ermənistan-Azərbaycan münaqişəsində həlak olanların ailələrinə başsağlığı verib.
“Report” xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.
“Azərbaycanın 27 Sentyabr - Anım Günündə Ermənistan-Azərbaycan münaqişəsində həlak olanların ailələrinə başsağlığı veririk. Səfirliyimiz bu gün münaqişədə həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edəcək. Birləşmiş Ştatlar Cənubi Qafqaz regionu üçün dinc və firavan gələcəyin təşviqinə sadiqdir”, - paylaşımda qeyd olunub.
Sentyabrın 27-də Azərbaycanın Anım Günündə Azərbaycan və Ermənistan arasında münaqişədə həlak olanların ailələrinə başsağlığı veririk. Bu gün Səfirliyimiz münaqişədə həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edəcək. Birləşmiş Ştatlar Cənubi Qafqaz regionu üçün dinc və… pic.twitter.com/cLeOFjo5rb