Yuxarı

​ABŞ səfiri Robert Sekuta Bakıya gəlib

Səfir səlahiyyətlərinin icrasına etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyeva təqdim etdikdən sonra başlayacaq

Bakı. 12 fevral. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Bakıya gəlib.

"Report"un verdiyi xəbərə görə, bu gün axşam saatlarında R.Sekuta Heydər Əliyev adına Beynəlxalq hava limanına gəlib.

Səfir bildirib ki, Bakıda olmağına çox şaddır və Prezident İlham Əliyevlə görüşmək imkanını əldə edərək ona etimadnaməsini təqdim etməyi səbirsizliklə gözləyir.

R.Sekutanın sözlərinə görə, dövlət başçısı etimadnaməni qəbul etdikdən sonra o, "ölkə boyu Azərbaycan xalqı ilə görüşmək istəyir".

"Xalqın fikirlərini eşitmək, iki ölkə arasında nələrin vacib olduğu haqda onların düşüncələrini bilmək istəyirəm. Əminəm ki, belə görüşlər əsnasında ölkələrimiz arasında anlaşma və qarşılıqlı hörməti gücləndirib, daha möhkəm əlaqələr qura bilərik", - deyə yeni ABŞ səfiri əlavə edib.

Səfir səlahiyyətlərinin icrasına etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdikdən sonra başlayacaq.

Ötən ilin sentyabrında Senat R.Sekutanın Azəbaycana səfir qismində göndərilməsinə dair namizədliyini təsdiq edib. O, bu vəzifəni icra edən və səlahiyyətləri 2014-cü ilin yayında bitən Riçard Morninqstarı əvəz edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi