ABŞ Azərbaycanı müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə təbrik edib

ABŞ Azərbaycanı müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə təbrik edib "Müstəqilliyin Bərpası Gününün 30-cu ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edirəm".
Xarici siyasət
18 Oktyabr , 2021 15:02
ABŞ Azərbaycanı müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə təbrik edib
Erl Lisenberger

"Müstəqilliyin Bərpası Gününün 30-cu ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edirəm".

"Report" xəbər verir ki, bu fikirlər ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenbergerin bəyanatında əksini tapıb.

"Bu əlamətdar gündə amerikalılar bütün azərbaycanlılara ən xoş arzularını çatdırır. Azərbaycan 30 illik müstəqillik dövründə böyük uğurlar qazandı. ABŞ birlikdə qurduğumuz dostluğu yüksək qiymətləndirir və müstəqil Azərbaycana dəyər verir. Biz təhlükəsizlik, enerji və iqtisadi inkişaf, insan hüquqlarının və əsas azadlıqların qorunması kimi vacib məsələlərə əhəmiyyət veririk. Müstəqilliyin Bərpası Günündə ABŞ adından Azərbaycan xalqını təbrik edirəm!", - diplomat vurğulayıb.

Son xəbərlər

Orphus sistemi