Yuxarı
    Bağlamaq

    ​ABŞ: Rusiya "Şərq Tərəfdaşlığı" ölkələrinə təzyiq göstərir

    Birləşmiş Ştatlar sözügedən ölkələrdə iqtisadi və sosial təşəbbüsləri dəstəkləməyə hazırlaşır

    Bakı. 23 may. REPORT.AZ/ ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf bildirib ki, Rusiya "Şərq Tərəfdaşlığı" ölkələrinə təzyiq göstərir.

    "Report" RİA "Novosti"ə istinadən xəbər verir ki, Harfın sözlərinə görə, ABŞ sözügedən ölkələrdə iqtisadi və sosial təşəbbüsləri dəstəkləməyə hazırlaşır.

    "Bu, bütün regionda dezinformasiyanın və Rusiya tərəfindən təzyiqin artdığı bir zamanda xüsusilə vacibdir", - deyə o əlavə edib.

    Bundan əvvəl "Şərq Tərəfdaşlığı" sammitinin Rusiyadan yan keçən qaz kəmərinin yaradılması təklifini dəstəklədiyi məlumat verilmişdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi