“ABŞ ardıcıl olaraq bəyan edib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını istəyir. Son bir il ərzində biz iki ölkə arasında gedən danışıqları dəstəkləmişik”.
“Report” xəbər verir ki, bunu ABŞ-nin ATƏT-dəki səfiri Maykl Karpenter deyib.
O bildirib ki, ABŞ dövlət katibi Antoni Blinken Cənubi Qafqazda bütün ölkələrin maraqlarına cavab verən münasibətlərin normallaşması səylərində şəxsən iştirak edib: “Biz Ermənistan və Azərbaycan rəsmiləri arasında görüşlərin keçirilməsi üçün işləri davam etdirəcəyik. Bunu qiymətləndirmək tərəflərin özlərindən asılıdır”.