ABŞ-nin İran üzrə xüsusi nümayəndəsinin müavini Bakıda olub, Hikmət Hacıyevlə sanksiyaların tətbiqini müzakirə edib

ABŞ-nin İran üzrə xüsusi nümayəndəsinin müavini Bakıda olub, Hikmət Hacıyevlə sanksiyaların tətbiqini müzakirə edib ABŞ-nin İran üzrə xüsusi elçisi Abram Paley Azərbaycanda səfərdə olub.
Xarici siyasət
2 Aprel , 2024 02:12
ABŞ-nin İran üzrə xüsusi nümayəndəsinin müavini Bakıda olub, Hikmət Hacıyevlə sanksiyaların tətbiqini müzakirə edib

ABŞ-nin İran üzrə xüsusi nümayəndənin müavini Abram Peyli Azərbaycanda səfərdə olub.

“Report” xəbər verir ki, səfər çərçivəsində diplomat Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə, habelə ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi və onun israilli həmkarı Corc Diklə görüşüb.

“Bakıda Prezidentin köməkçisi Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə və bank sektorunun nümayəndələri ilə İran, sanksiyaların tətbiqi və regionla bağlı səmərəli müzakirələr aparılıb”, – İran üzrə xüsusi elçi bildirib.

Abram Peyli həmçinin İsrail səfiri Corc Diklə “İranın regionda sabitliyi pozan davranışlarını” müzakirə edib.

“İsrailin Azərbaycanla tarixi və mədəni əlaqələri haqqında eşitmək çox gözəldir”, – diplomat əlavə edib.

Son xəbərlər

Orphus sistemi