Yuxarı

ABŞ-ın yeni səfirinin Azərbaycana gələcəyi tarix açıqlanıb

Robert Sekutanın namizədliyi ötən ilin dekabrında ABŞ Senatı tərəfindən təsdiqlənib

Bakı. 30 yanvar. REPORT.AZ/ ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Robert Sekuta Bakıya fevralın 12-də gələcək. "Report"un xəbərinə görə, bu barədə səfirliyin "twitter" səhifəsində məlumat verilib.

Qeyd edək ki, R.Sekutanın səfir postuna namizədliyi ötən ilin dekabrında ABŞ Senatı tərəfindən təsdiqlənib. O bu postda Riçard Morninqstarı əvəz edəcək. R.Morninqstarı Azərbaycanı ötən ilin yayında tərk edib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi