ABŞ-ın daha bir şəhərində Azərbaycan Günü elan edilib

ABŞ-ın daha bir şəhərində Azərbaycan Günü elan edilib ABŞ-ın Florida ştatının Hallandeyl-Biç şəhərinin meri Coy Kuper 2021-ci il mayın 28-nin Azərbaycanın Respublika Günü elan olunması ilə bağlı bəyannamə imzalayıb.
Xarici siyasət
21 May , 2021 21:23
ABŞ-ın daha bir şəhərində Azərbaycan Günü elan edilib

ABŞ-ın Florida ştatının Hallandeyl-Biç şəhərinin meri Coy Kuper 2021-ci il mayın 28-nin Azərbaycanın Respublika Günü elan olunması ilə bağlı bəyannamə imzalayıb.

“Report”un yerli bürosu xəbər verir ki, mer bəyannaməni Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminovaya təqdim edib. Özünü Azərbaycanın dostu adlandıran C.Kuper Hallandenl-Biç şəhərinin Azərbaycan icmasınada ev sahibliyi etməsindən qürur hissi keçirdiyini deyib.

C.Kuper dünyada yaşayan 46 milyondan çox azərbaycanlının hər il 28 may tarixini Azərbaycanın Respublika Günü kimi qeyd etməsi ilə azərbaycanlıların öz əcdadlarının mirasina sahib çıxdıqlarını və harada yaşamalarından asılı olmayaraq tarixlərini qoruyub saxladıqlarını deyib.

Mer Cuper 2006-cı ilin 26 oktyabr tarixində yaradılan və Floridada aktiv diaspor fəaliyyəti ilə məşğul olan Azərbaycan-Amerika Mədəniyyət Assosiyasiyasının üzüvlərinə uğurlar arzulayıb.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi