ABŞ-ın Bakıdakı səfiri diplomatik xidmətini başa vuraraq təqaüdə çıxmaq qərarına gəlib

ABŞ-ın Bakıdakı səfiri diplomatik xidmətini başa vuraraq təqaüdə çıxmaq qərarına gəlib Robert Sekuta mart ayının sonunda Azərbaycanı tərk edəcək
Xarici siyasət
15 Mart , 2018 21:46
ABŞ-ın Bakıdakı səfiri diplomatik xidmətini başa vuraraq təqaüdə çıxmaq qərarına gəlib
Robert Sekuta

Bakı. 15 mart. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfiri Robert F. Sekuta Azərbaycanda üç ildən çox, Dövlət Departamentində isə uzun müddət çalışdıqdan sonra, Bakıdakı vəzifəsini mart ayının sonunda bitirməyə və daha sonra isə diplomatik xidmətini başa vurub təqaüdə çıxamağa qərar verib.

Bu barədə səfirlikdən "Report"un sorğusuna verilən cavabda deyilir.

"Səfir qeyd edir ki, onun ölkəmizdə vəzifəsini icra etdiyi müddətdə Birləşmiş Ştatlar və Azərbaycan arasında əlaqələr irəliləyib, inkişaf edib. O, və ailəsi ölkəmizi, xalqımızı yaxından tanımağı və Azərbaycanda keçirdikləri vaxtlarını çox yüksək dəyərləndirirlər. Cənab Sekuta bildirir ki, Amerika Birləşmiş Ştatlarının səfiri olmaq onun üçün çox böyük bir şərəf idi və indi o, yeni imkan və nailiyyətləri səbirsizliklə gözləyir", - deyə sorğuda bildirilir.

Son xəbərlər

Orphus sistemi