ABŞ-ın Azərbaycandakı səfirliyində "Açıq qapı" günü keçirilib

ABŞ-ın Azərbaycandakı səfirliyində "Açıq qapı" günü keçirilib ABŞ-ın Bakıdakı səfirliyində “Açıq Qapı Günü” adlı tədbir keçirilib. Tədbir yerli universitetlərin tələbələri və KİV nümayəndələri üçün təşkil edilib.
Xarici siyasət
19 Aprel , 2022 16:06
ABŞ-ın Azərbaycandakı səfirliyində Açıq qapı günü keçirilib

ABŞ-Azərbaycan diplomatik əlaqələrinin 30-cu ildönümünü qeyd etmək və gələcək 30 illik tərəfdaşlığa nəzər salmaq məsqsədi ilə, ABŞ-nin Bakıdakı səfirliyi azərbaycanlı universitet tələbələri və media nümayəndələri üçün “Açıq qapı” günü keçirib.

“Report” xəbər verir ki, tədbir çərçivəsində ABŞ-la Azərbaycan arasında olan əməkdaşlığı və onun gələcək imkanlarını və missiya prioritetlərini əks etdirən sərgi açılıb. 

Qonaqlar ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger və səfirliyin digər əməkdaşları ilə görüşüb, ABŞ hökumətinin mübadilə proqramları və xaricdə təhsil üçün digər imkanlar, habelə səfirliyin Bakıda və Azərbaycanın digər altı şəhərində fəaliyyət göstərən Amerika Guşələri şəbəkəsində mövcud olan resurslarla tanış olublar. 

Ziyarətçilər tələbə vizaları, iş yerləri və səfirlikdə təcrübə imkanları haqqında məlumat alıb, səfirliyin Dəniz Mühafizəsi dəstəsinin keçirdiyi oyunlarda iştirak ediblər. 

Onlar Səfirliyin ekoloji layihələri haqqında daha çox öyrənmək üçün səfirliyin "Yaşıllar Komandası" ilə görüşüb və səfirliyin yeni elektrik avtomobilinə baxıblar. Tələbələr və mətbuat nümayəndələri, həmçinin USAİD layihəsinin dəstəklədiyi qadın sahibkarlarla görüşüb və öz icmalarının ehtiyaclarını USAID tərəfindən maliyyələşdirilən yeni elektron nəzarət platformasına necə təqdim edə biləcəklərini öyrəniblər. Dövlət Tərəfdaşlığı Proqramı çərçivəsində Oklahoma Milli Qvardiyasının üzvləri 2002-ci il sentyabrın 19-dan başlayan Azərbaycanla tərəfdaşlıq əlaqələrini qeyd ediblər.

 Tələbələr qarşısında çıxış edən səfir Örl Litzenberger deyib:

"30 ildir ki, biz Azərbaycan hökuməti və xalqı ilə qanunun aliliyi, insan haqları, iqtisadiyyat, enerji və təhlükəsizliklə bağlı məsələlərdə işləmişik. Azərbaycanın dostu kimi Birləşmiş Ştatlar sülhə nail olmağa və bütün regionun çiçəklənməsinə kömək etmək üçün iqtisadi, nəqliyyat və insanlar arasında əlaqələrin qurulmasına kömək etməyə hazırdır.

Səfirlikdə çalışan hər kəsin adından sizə karyeralarınız və həyatlarınız üçün ən yaxşısını arzulayırıq və ümid edirik ki, gələcəkdə Amerika Birləşmiş Ştatlarında təhsil alacaqsınız və ya səfər edəcəksiniz və ya hətta ABŞ səfirliyi komandasına qoşulacaqsınız. Bilirəm ki, siz Azərbaycanın gələcəyində çox mühüm rol oynayacaqsınız.

ABŞ Azərbaycanla diplomatik əlaqələri 1992-ci ildə, müstəqillik dövründə qurub. Dövlət Katibi Beyker 1992-ci il fevralın 12-də Azərbaycanda səfərdə olub. Prezident George Buş 1992-ci il fevralın 19-da mətbuata açıqlamasında bu qərarı elan edib. ABŞ-nin Bakıdakı səfirliyi 1992-ci il martın 16-da açılıb.  O zaman Robert Finn Müvəqqəti işlər vəkili idi.

Birləşmiş Ştatlar və Azərbaycan Avropanın enerji təhlükəsizliyini təşviq etmək, ikitərəfli ticarət və investisiyaları genişləndirmək, terrorizm və transmilli təhdidlərlə mübarizə aparmaq üçün birlikdə çalışır. Birləşmiş Ştatlar Azərbaycanda demokratiyanın möhkəmləndirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yardım etmək öhdəliyinə sadiqdir. Birləşmiş Ştatlar Azərbaycan və Ermənistanın regional sabitlik, sülh və firavanlıq naminə sülh sazişinin əldə edilməsi istiqamətində səylərini qətiyyətlə dəstəkləyir.

Azərbaycanın ABŞ ilə diplomatik əlaqələrinin və Azərbaycanın Sovet İttifaqından ayrılmasının 30-cu ildönümünü qeyd etdiyimiz bir vaxtda Cənubi Qafqazda müstəqillik və demokratiyanın ABŞ-dən böyük tərəfdarı yoxdur.

Son xəbərlər

Orphus sistemi