ABŞ-ın Azərbaycandakı səfirliyi "Qrin kart" lotereyası üzrə saxtakarlıq halları ilə bağlı xəbərdarlıq edib

ABŞ-ın Azərbaycandakı səfirliyi "Qrin kart" lotereyası üzrə saxtakarlıq halları ilə bağlı xəbərdarlıq edib ABŞ-ın Azərbaycandakı səfirliyi rəsmi Qrin kart viza lotereyası ilə əlaqədar mümkün saxtakarlıq halları barədə xəbərdarlıq edib.
Xarici siyasət
8 Oktyabr , 2019 18:10
ABŞ-ın Azərbaycandakı səfirliyi Qrin kart lotereyası üzrə saxtakarlıq halları ilə bağlı xəbərdarlıq edib

ABŞ-ın Azərbaycandakı səfirliyi rəsmi "Qrin kart" viza lotereyası ilə əlaqədar mümkün saxtakarlıq halları barədə xəbərdarlıq edib.

"Report" səfirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, son vaxtlar bu proqramın ərizəçilərinə göndərilən saxta elektron poçt və məktubların sayı əhəmiyyətli dərəcədə artıb.

Qeyd olunur ki, bu cür saxta elektron poçt və məktubların müəllifləri "Qrin kart" proqramının ərizəçilərindən ödəniş əldə etmək üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər.

"Bu cür şəxslər viza lotereyası proqramında iştirak üçün sizdən şəxsi məlumatlarınızı verməyinizi istəyə bilərlər. Bu təşkilatlar sizin maraqlarınızı təmin etmir", - səfirlikdən verilən açıqlamada bildirilir.

Bundan əlavə, səfirlikdən növbəti dəfə vurğulanıb ki, ABŞ səfirliyi özlərini "Greencard" adlandıran heç bir yerli təşkilatla çalışmır və ya onları dəstəkləmir. 

Son xəbərlər

Orphus sistemi