Yuxarı

ABŞ-ın Azərbaycandakı səfirliyi Novruz bayramını qeyd edib

Səfir Azərbaycan xalqını təbrik edib

Bakı. 18 mart. REPORT.AZ/ Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirinin iqamətgahında Novruz bayramına həsr olunan tədbir keçirilib. 

"Report" xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları və onların ailə üzvləri iştirak ediblər. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta qonaqlara tədbirdə iştirak etdikləri üçün minnətdarlığını bildirib və Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. 

"Novruz yeni həyat bayramıdır", - R.Sekuta bildirib. O qeyd edib ki, ABŞ Azərbaycanın inkişafı və tərəqqisində maraqlıdır.

Daha sonra "Səma" rəqs qrupu çıxış edib. 

Tədbirdə Azərbaycan musiqiləri səslənib və rəqslər nümayiş olunub. Qonaqlara Azərbaycan milli mətbəxinin təamları təqdim edilib.   

Sonda tədbir iştirakçıları tonqal üzərindən tullanıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi