Yuxarı
    Bağlamaq

    ABŞ dövlət katibinin köməkçisinin müavini: "Azərbaycan 21-ci əsrdə iqtisadi inkişafın mühərriki ola bilər və olmalıdır da"

    Tarixi İpək yolunun bərpası ABŞ-ın dəstəklədiyi iqtisadi inkişaf növünə uyğundur

    Bakı. 3 may. REPORT.AZ/ "Azərbaycan, Gürcüstan və Qırğızıstan səfərləri zamanı mən bu üç ölkədə hökumətin və özəl sektorun qlobal şəbəkəyə daha yaxşı inteqrasiya və öz iqtisadiyyatlarının davamlı inkişafı üçün ticarət genişlənməsində və investisiyaların artırılmasında maraqlı olduğunu gördüm".

    "Report" ABŞ Dövlət Departamentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu sözləri ABŞ dövlət katibinin köməkçisinin iqtisadiyyat və biznes üzrə müavini Kurt Tonq "Transxəzər-Şərq-Qərb" ticarət və tranzit dəhlizinə həsr olunmuş forumda deyib.

    Bu yaxınlarda Azərbaycana etdiyi səfəri xatırladan K.Tonq Ələt limanının Qazaxıstan və Türkmənistan arasında necə əlaqələndirici həlqə ola biləcəyini öyrənmək üçün limana baş çəkdiyini bildirib.

    "Bildiyiniz kimi, indi regionda bir çox ölkə üçün çətin günlərdir. Bu ölkələrin hökumətləri anlamalıdır ki, onların iqtisadiyyatlarının şaxələndirilməsi davamlı iqtisadi artım üçün vacibdir. ABŞ bu səylərə yardım etməyə hazırdır", - deyə K.Tonq vurğulayıb.

    Onun sözlərinə görə, tarixi İpək yolunun bərpası ABŞ-ın dəstəklədiyi iqtisadi inkişaf növünə uyğundur. "Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkiyə və onların qonşuları 21-ci əsrdə iqtisadi inkişafın və rifahın mühərriki ola bilərlər və olmalıdırlar da. Bir müddət əvvəl Azərbaycan, Gürcüstan və Qazaxıstan tərəfindən yaradılmış Transxəzər nəqliyyat konsorsiumu ölkə hökumətlərinin daha yaxşı regional ticarət və tranzit üçün ata biləcəyi konkret addımlara nümunə olub".

    Dövlət katibi müavininin köməkçisi, həmçinin ABŞ və Azərbaycan arasında "açıq səma" sazişinin imzalandığını da xatırladıb. O, bunun iki ölkə arasında hava nəqliyyatının liberallaşdırılmasına kömək edəcəyini qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi