Yuxarı

​ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin məsul müavini Azərbaycanda səfərdədir

O, həmçinin ABŞ Azərbaycanın iqtisadi inkişafına dəstəyinin təkmilləşdirilməsi imkanlarını da müzakirə edəcək

Bakı. 14 aprel. REPORT.AZ/ ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin məsul müavini Kurt Tonqun aprelin 14-15 Azərbaycana səfər edəcək. ABŞ-ın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumatına görə, K.Toq Azərbaycanın hökumət rəsmiləri, Azərbaycan və Amerika biznes nümayəndələri, azərbaycanlı tələbələrlə görüşərək Azərbaycanda iqtisadi vəziyyət, islahatlar və iqtisadiyyatın diversifikasiyası sahəsində aparılan işlərlə tanış olacaq. O, həmçinin ABŞ Azərbaycanın iqtisadi inkişafına dəstəyinin təkmilləşdirilməsi imkanlarını da müzakirə edəcək.

Qeyd edək ki, bu, K.Tonqun Azərbaycana ilk səfəridir.

Tonq bu vəzifədə 2014-cü ilin iyul ayından çalışır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi