ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıb
ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıb“Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları barədə elanı alqışlayırıq”.
ABŞ dövlət katibi Antoni Blinken Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə olunmasını alqışlayır.
“Report” xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları barədə açıqlamalarını alqışlayırıq. Bu, davamlı və ləyaqətli sülh sazişinin bağlanması yolunda mühüm addımdır”, - Blinken qeyd edib.
We welcome the announcement that Armenia and Azerbaijan have agreed upon the 1991 Alma Ata declaration as the basis for border delimitation between the two countries. This is an important step towards concluding a durable and dignified peace agreement.
Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.