ABŞ Dövlət Departamentinin energetika üzrə nümayəndəsi Azərbaycana gələcək

ABŞ Dövlət Departamentinin energetika üzrə nümayəndəsi Azərbaycana gələcək O, Cənub Qaz Dəhlizi layihəsinin Məşvərət Şurasının dördüncü iclasında iştirak edəcək
Xarici siyasət
2 Fevral , 2018 13:49
ABŞ Dövlət Departamentinin energetika üzrə nümayəndəsi Azərbaycana gələcək

Bakı. 2 fevral. REPORT.AZ/ ABŞ Dövlət Departamentinin beynəlxalq energetika üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnio Azərbaycana səfərə gələcək.

ABŞ-ın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, Syu Saarnio Bakıda fevralın 15-də baş tutacaq Cənub Qaz Dəhlizi layihəsinin Məşvərət Şurasının dördüncü iclasında iştirak edəcək.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin Məşvərət Şurasının birinci iclası 2015-ci il fevralın 12-də, ikinci iclası 2016-cı il fevralın 29-da, üçüncüsü isə ötən il fevralın 23-də baş tutub. 

Son xəbərlər

Orphus sistemi