Yuxarı
    Bağlamaq

    ABŞ Dövlət Departamenti Azərbaycan Ali Məhkəməsinin Xədicə İsmayılla bağlı qərarını alqışlayıb

    ABŞ hökuməti X.İsmayılın həbsdən azad edilməsini müsbət addım kimi dəyərləndirir

    Bakı. 26 may. REPORT.AZ/ ABŞ hökuməti Azərbaycan Ali Məhkəməsinin jurnalist Xədicə İsmayılla bağlı qərarını alqışlayıb.

    "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilib.

    "Biz bunu müsbət addım kimi dəyərləndiririk", - bəyanatda bildirilib.

    Qeyd edək ki, ötən gün Ali Məhkəmədə Xədicə İsmayılın kassasiya şikayətinə baxılıb. Məhkəmə X.İsmayıla 3 il 6 ay şərti həbs cəzası verilməklə azadlığa buraxılması haqda qərar qəbul edib.

    Belə ki, X.İsmayıla Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri üzrə bəraət, 213.1 və 192.2.2-ci maddələri ilə 3 il 6 ay şərti həbs cəzası verilib.

    Xatırladaq ki, 2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayıl apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində şikayət təmin edilməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi