Nyu-Yorkda sentyabrın 26-da ABŞ-nin Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçiriləcək.
Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.
“Nyu-Yorkda sentyabrın 26-da ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş planlaşdırılır”, - A.Hacızadə bildirib.
O, hazırda əlavə heç bir məlumat verə bilməyəcəyini qeyd edib.
Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları sonuncu dəfə 2024-cü ilin iyulunda Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində görüşüblər.