Səfir: "ABŞ Azərbaycanla ikitərəfli münasibətləri gücləndirmək niyyətindədir"

Səfir: "ABŞ Azərbaycanla ikitərəfli münasibətləri gücləndirmək niyyətindədir" Robert Sekuta: "Biz Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün tərəflərin səylərini artırmasına dəstəyimizi davam etdirməyə hazırıq"
Xarici siyasət
31 May , 2017 18:49
Səfir: ABŞ Azərbaycanla ikitərəfli münasibətləri gücləndirmək niyyətindədir
Report.az

Bakı. 31 may. REPORT.AZ/ "Azərbaycanda keçirilən iqtisadi islahatların əsas məqsədi azərbaycanlıların rifah halını yaxşılaşdırmaqdır". 

"Report" xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Səfir deyib ki, təmsil etdiyi ölkə Azərbaycanla ikitərəfli münasibətləri gücləndirmək niyyətindədir.

"Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün tərəflərin səylərini artırmasına dəstəyimizi davam etdirməyə hazırıq", - R.Sekuta vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi