Bakı. 4 avqust. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan Azərbaycan nəqliyyat nazirinin müavini
"Report"un ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına istinadən verdiyi xəbərə görə, görüşdə ABŞ-ın bölgə ticarətinə dəstəyi məsələsi müzakirə edilib.
Bildirilib ki, ABŞ Azərbaycanın bölgənin nəqliyyat mərkəzi olmaq səyini dəstəkləyir, inkişaf etmiş ticarətin bütün bölgəyə bəhrə verə biləcəyini hesab edir. Həmçinin qeyd olunub ki, bölgə ticarətinin inkişafı ABŞ-ın Azərbaycan iqtisadiyyatının diversifikasiyası üçün verdiyi dəstəyin vacib hissəsidir.