Yuxarı

Abdulla Gül "ADA" Universitetinin fəxri doktoru olub

ADA Universitetinin rektoru Türkiyənin sabiq prezidentinə universitetin fəxri doktoru diplomunu təqdim edib

Bakı. 30 aprel. REPORT.AZ / Türkiyənin 11-ci prezidenti Abdulla Gül  "ADA" Universitetinin fəxri doktoru olub.

"Report" xəbər verir ki, bu gün "ADA" Universitetinin rektoru Hafiz Paşayev Türkiyənin sabiq prezidentinə universitetin fəxri doktoru diplomunu təqdim edib.

H.Paşayev qeyd edib ki, bu, "ADA" Universitetinin tarixində əlamətdar gündür. Rektor Azərbaycanla siyasi, mədəni əlaqələrin inkişafında Türkiyənin rolunu vurğulayıb. 

Öz növbəsində, A.Gül "ADA" Universitetinin fəxri doktoru adına layiq görüldüyünə görə H.Paşayevə minnətdarlığını bildirib. O, ölkənin ən yaxşı ali məktəblərindən biri olan "ADA" Universitetinin yaradılmasında Azərbaycan Prezidenti İlham Əliyevin rolunu qeyd edib. 

Bundan başqa, A.Gül ölkənin ümumi inkişafı üçün insan kapitalının inkişafının vacibliyini vurğulayıb: "Ölkələr təbii ehtiyatlarla zəngin ola və ya istənilən sahədə lider ola bilər, lakin ən vacib məsələ insan potensialının inkişafıdır".

Sabiq prezident Azərbaycan diplomatiyasının uğurlarını qeyd edib: "Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü missiyasını müvəffəqiyyətlə yerinə yetirib, Avropa oyunlarının, eləcə də digər mühüm tədbirlərin keçirilməsi hüququnu qazanıb, bu da Azərbaycan diplomatiyasının uğurunu nümayiş etdirir. Bu gün biz əvvəllər əfsanə hesab oluna biləcək böyük enerji layihələrini həyata keçiririk".

A.Gül həmçinin dünyada və regionda baş verən siyasi proseslərə də toxunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi