Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu təkcə Fransa deyil, Niderlandın müstəmləkələri ilə də iş aparır

Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu təkcə Fransa deyil, Niderlandın müstəmləkələri ilə də iş aparır Bakı Təşəbbüs Qrupu (BTQ) təkcə Fransa deyil, Niderlandın müstəmləkələri ilə də iş aparır.
Xarici siyasət
January 21, 2025 07:21
Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu təkcə Fransa deyil, Niderlandın müstəmləkələri ilə də iş aparır
Abbas Abbasov

Bakı Təşəbbüs Qrupu (BTQ) təkcə Fransa deyil, Niderlandın müstəmləkələri ilə də iş aparır.

"Report" xəbər verir ki, bunu BTQ-nin icraçı direktoru Abbas Abbasov Bakıda keçirilən "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, BTQ-nin mübarizəsi qətiyyən Fransa xalqı və ya dövləti ilə deyil:

"BTQ-nin yalnız Fransa müstəmləkələri ilə iş apardığı iddia edilir. Halbuki biz müstəmləkəçiliklə mübarizə aparırıq. Çünki Niderlandın müstəmləkəsi altında olan Boneyra adası ilə də fəaliyyətimiz mövcuddur".

A.Abbasov bildirib ki, BTQ-ni yenə də Fransaya qarşı qərəzli olmaqda ittiham edirlər:

"Fəaliyyət göstərdiyimiz müddətdə müstəmləkə altındakı xalqların problemləri gündəmə gətirilib və bu təşəbbüs davam edəcək".

Son xəbərlər

Orphus sistemi