Abbas Abbasov: BTQ-nin sayəsində müstəmləkə ərazilərinin səsi dünya ictimaiyyətinə çatdırılıb

Xarici siyasət
  • 03 iyun, 2025
  • 12:19
Abbas Abbasov: BTQ-nin sayəsində müstəmləkə ərazilərinin səsi dünya ictimaiyyətinə çatdırılıb

Bakı Təşəbbüs Qrupu (BTQ) BMT sistemində fəaliyyət göstərən ekspertlər və elmi ictimaiyyətlə sıx əməkdaşlıq çərçivəsində müstəmləkəçiliyə qarşı mübarizə üçün bundan sonra da var gücü ilə səy göstərmək niyyətindədir.

“Report” xəbər verir ki, bunu BTQ-nin icraçı direktoru Abbas Abbasov “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda keçirilən beynəlxalq elmi konfransı çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, bugünkü konfransın iştirakçıları BMT-də dekolonizasiya istiqamətində fəaliyyət göstərən elm xadimləri, hüquqşünaslar və ekspertlərdir.

"Bu konfransın əsas məqsədi müstəmləkəçiliyə qarşı mübarizəyə elmi yanaşma gətirməkdir. BMT-də keçirdiyimiz beynəlxalq konfranslar zamanı orada fəaliyyət göstərən ekspertlər və elm xadimləri ilə gələcək perspektivləri müzakirə etmişik. Düşünürəm ki, BTQ olaraq gələcəkdə BMT-də fəaliyyət göstərən ekspertlər və elm xadimləri ilə sıx təmasda müstəmləkəçiliyə qarşı mübarizə aparacağıq", - Abbasov bildirib.

Onun sözlərinə görə, BTQ-nin təşkil etdiyi beynəlxalq konfranslar sayəsində "bütün müstəmləkə ərazilərinin səsi dünya ictimaiyyətinə çatdırılıb".

"Beynəlxalq təşkilatlar və digər ölkələr müstəmləkəçiliyə qarşı mübarizəni dəstəkləyir, bəzi ölkələr dəstək bildirir, bəzi ölkələr isə reaksiyalar verirlər", - icraçı direktor qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti