“Repoert”un məlumatına görə, görüşdə QHT nümayəndələrindən Arzu Abdullayeva, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Samir Kazımlı, “Nida” Vətəndaş Hərəkatından Aygün Pəncəliyeva, vəkil Fariz Namazlı, jurnalist Şahvələd Çobanoğlu, REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli iştirak edib. Görüş zamanı Azərbaycandakı ictimai-siyasi vəziyyət müzakirə olunub.
Qeyd edək ki, sentyabrın 21-də Azərbaycana səfər AŞPA prezidenti Ann Brassörin ölkə prezidenti İlham Əliyevlə, Milli Məclis sədri Oqtay Əsədovla görüşü gözlənilir. Səfər sentyabrın 25-də yekunlaşacaq.