​AŞPA prezidenti Bakıda ictimaiyyət nümayəndələri ilə görüşüb

​AŞPA prezidenti Bakıda ictimaiyyət nümayəndələri ilə görüşüb Görüş zamanı Azərbaycandakı ictimai-siyasi vəziyyət müzakirə olunub
Xarici siyasət
22 Sentyabr , 2014 17:37
​AŞPA prezidenti Bakıda ictimaiyyət nümayəndələri ilə görüşüb
Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Ann Brassör Bakıda ictimaiyyət nümayəndələri ilə görüşüb.

“Repoert”un məlumatına görə, görüşdə QHT nümayəndələrindən Arzu Abdullayeva, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Samir Kazımlı, “Nida” Vətəndaş Hərəkatından Aygün Pəncəliyeva, vəkil Fariz Namazlı, jurnalist Şahvələd Çobanoğlu, REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli iştirak edib. Görüş zamanı Azərbaycandakı ictimai-siyasi vəziyyət müzakirə olunub.

Qeyd edək ki, sentyabrın 21-də Azərbaycana səfər AŞPA prezidenti Ann Brassörin ölkə prezidenti İlham Əliyevlə, Milli Məclis sədri Oqtay Əsədovla görüşü gözlənilir. Səfər sentyabrın 25-də yekunlaşacaq.

Son xəbərlər

Orphus sistemi