31 Mart - Azərbaycanlıların Soyqırımı Günü Los-Ancelesdə anılıb

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü Los-Ancelesdə anılıb Bakı. 29 mart. REPORT.AZ/ 1918-ci ildə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımın 100-cü ildönümü ilə əlaqədar Los-Ancelesdəki Baş Konsulluqda geniş anım tədbiri keçirilib.
Xarici siyasət
29 Mart , 2018 11:40
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü Los-Ancelesdə anılıb

Bakı. 29 mart. REPORT.AZ/ 1918-ci ildə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımın 100-cü ildönümü ilə əlaqədar Los-Ancelesdəki Baş Konsulluqda geniş anım tədbiri keçirilib. 

Baş Konsulluqdan "Report"a verilən məlumata görə, tədbirdə Azərbaycan icmasının üzvləri, müxtəlif xarici ölkələrin Los-Ancelesdəki baş konsulları, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, həmçinin, dost yəhudi, türk, Pakistan, İran, Vyetnam və latino icmalarının rəhbərləri iştirak ediblər.

Baş konsulu Nəsimi Ağayev 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımın tarixindən bəhs edərək, bu soyqırımın Azərbaycan xalqının məruz qaldığı qanlı faciələr sırasında ağır və dəhşətli nəticələri ilə seçildiyini bildirib. Baş konsul çıxışı zamanı həmin illərə aid sənədlər və fotofaktlar təqdim edərək, 1918-ci ilin mart-aprel aylarında Bakı şəhəri də daxil olmaqla, ölkənin bir sıra digər şəhər və rayonlarında törədilmiş kütləvi qırğınlar nəticəsində minlərlə dinc sakinin ermənilər tərəfindən amansızcasına qətlə yetirildiyini vurğulayıb. 

Quba rayonunda törədilən qətliamda müsəlman azərbaycanlılarla yanaşı, böyük sayda yəhudilərin də erməni daşnakları tərəfindən öldürüldüyünü qeyd edən N.Ağayev tarixən Azərbaycanda qardaşlıq şəraitində yaşamış müsəlman və yəhudilərin 1918-ci ildə bolşevik-daşnak işğalına qarşı birgə müqavimət göstərdiklərini diqqətə çatdırıb. Baş konsul qeyd edib ki, bütün bu soyqırım tarixinə, eləcə də Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına və 1 milyondan çox azərbaycanlının etnik təmizləməyə məruz qoyulmasına baxmayaraq, bu gün Ermənistandan fərqli olaraq, Azərbaycan xalqı öz övladlarına nifrət hissləri aşılamır, əksinə gənc nəsli xalqlar və dinlərarası qarşılıqlı hörmət, tolerantlıq dəyərləri ilə yetişdirir. Bu isə Azərbaycan xalqının yüksək mənəviyyatından və mədəniyyətindən xəbər verir.

Sonra Kaliforniyada nəşr olunmuş “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi”, “Erməni lobbisi və ABŞ-ın xarici siyasəti” kitablarının müəllifi, amerikalı jurnalist Raul Kontreras çıxış edərək, Azərbaycan xalqının başına gətirilən faciələri yaxından araşdırdığını, XX əsr ərzində ermənilərin azərbaycanlılara qarşı insanlığa zidd millətçilik, müntəzəm deportasiya və mədəni irsin məhv edilməsi vasitəsilə davamlı soyqırımı siyasəti həyata keçirdiyini bildirib.

Daha sonra soyqırıma məruz qalan azərbaycanlıların ruhuna müsəlman, xristian və zərdüşt din xadimləri tərəfindən dualar oxunub.

Sonra Los-Ancelesdə fəaliyyət göstərən pianoçu Ceyson Abrams, azərbaycanlı skripkaçı Elvina Qurbanova və azərbaycanlı gənc vokalist, beynəlxalq müsabiqələr laureatı, prezident təqaüdçüsü Emin Eminzadənin ifalarında Azərbaycan və dünya klassikasından həzin musiqi əsərləri təqdim olunub.

Tədbir qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Son xəbərlər

Orphus sistemi