20 Yanvar şəhidlərinin xatirəsi Vaterloda yad edilib

20 Yanvar şəhidlərinin xatirəsi Vaterloda yad edilib Tədbir Xurşidbanu Natavanın abidəsi önündə keçirilib
Xarici siyasət
19 Yanvar , 2017 22:59
20 Yanvar şəhidlərinin xatirəsi Vaterloda yad edilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Belçikanın Vaterlo şəhərində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar, Azərbaycanın görkəmli şairi Xurşidbanu Natavanın abidəsi önündə anım mərasimi keçirilib.

Azərbaycanın Belçikadakı səfirliyindən “Report”a verilən məlumata görə, əvvəlcə 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən səfir Fuad İsgəndərov, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusunun Bakıda törətdiyi qanlı hadisələr, bu hadisənin Azərbaycan tarixində yeri və nəticələri barədə məlumat verib, sovet ordusunun törətdiyi bu qanlı cinayətin keçmiş SSRİ-nin süqutunu daha da sürətləndirdiyi, Azərbaycanda müstəqillik hərəkatının daha geniş vüsət almasına şərait yaratdığını qeyd edib.

Bu günün müasir Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu bildirən F. İsgəndərov, Azərbaycanın hazırkı inkişaf mərhələsində o günlərin tarixi təcrübəsinin nəzərə alınmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb, xalqımızın yaddaşına müstəqillik rəmzi kimi həkk olunan 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin daim qəlblərdə yaşayacağına əminlik ifadə edib.

Sonda tədbir iştirakçıları tərəfindən abidənin önünə əklil qoyulub.

Son xəbərlər

Orphus sistemi