Yuxarı

​20 Yanvar qurbanları Komidə anılıb

Tədbirdə 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən danışılıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Ötən gün Rusiya Federasiyası Komi Respublikasının Uxta şəhərində 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Komi Respublikası üzrə Azərbaycan cəmiyyətinin sədri Həsən Qasımov, cəmiyyətin fəalları, Moskva Şiələri Cəmiyyətinin sədri Famil Cəfərov və respublikada yaşayan azərbaycanlılar iştirak ediblər.

Həsən Qasımov qonaqları salamlayaraq 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən danışıb.

Daha sonra Azərbaycan cəmiyyətinin Din və tərbiyə işləri üzrə müavini Adışirin Məmmədov çıxış edərək şəhidlik zirvəsinin Allah yanında da əziz olduğunu vurğulayıb.

Moskva Şiələri Cəmiyyətinin sədri Famil Cəfərovun başçılığı ilə Komi azərbaycanlıları 20 Yanvar şəhidlərinin ruhuna dualar oxuyublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi