Yunanıstan bir sıra ölkələrdən gələnlər üçün icbari karantini ləğv edir

Yunanıstan bir sıra ölkələrdən gələnlər üçün icbari karantini ləğv edir Bu barədə hökumət sözçüsü Aristotelia Peloni brifinq zamanı bildirib
Turizm
15 Aprel , 2021 20:48
Yunanıstan bir sıra ölkələrdən gələnlər üçün icbari karantini ləğv edir

Yunanıstan hökuməti bir sıra ölkələrdən gələnlər üçün 7 günlük icbari karantin qaydasını gələn həftədən ləğv edir.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə hökumət sözçüsü Aristotelia Peloni brifinq zamanı bildirib.

Hökumət rəsmisinin dediyinə görə, Avropa ölkələrindən və əhalinin böyük qisminin peyvənd olunduğu ölkələrdən gələnlər yaşıl sertifikat, yaxud 72 saat əvvəl keçdikləri PCR testinin mənfi nəticəsinə dair arayış təqdim etdikdə 7 günlük karantindən azad olunacaq. Həmin şəxslər yerli vətəndaşlara dair qüvvədə olan məhdudiyyətlərə əməl etməli olacaqlar.

Daha əvvəl “Bloomberg” mənbəyə istinadən xəbər verir ki, Yunanıstan hökuməti aprelin 19-dan Avropa İttifaqı ölkələrindən, habelə Böyük Britaniya, Serbiya, İsrail, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ-dan gələnlər üçün 7 günlük icbari karantin qaydasını ləğv etmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi