Xəzər dənizində ilk kruiz bir il müddətinə təxirə salınıb

Xəzər dənizində ilk kruiz bir il müddətinə təxirə salınıb Bakı. 8 mart. REPORT.AZ/ 2019-cu ilin yayında həyata keçirilməli olan Şərq xəzinələri adlı Xəzər dənizində ilk kruiz təxirə salınıb.
Turizm
8 Mart , 2019 16:08
Xəzər dənizində ilk kruiz bir il müddətinə təxirə salınıb

Bakı. 8 mart. REPORT.AZ/ 2019-cu ilin yayında həyata keçirilməli olan "Şərq xəzinələri" adlı Xəzər dənizində ilk kruiz təxirə salınıb.

"Report" "Today.kz" saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyasından məlumat verilib.

Kruizin "Böyük Pyotr" teploxodunda həyata keçiriləcəyi planlaşdırılır. Gəmi azı bir il gecikmə ilə istifadəyə veriləcək.

"Xəzər dənizində kruiz səfərlər üçün tələbat artıq indidən çox yüksəkdir. 2020-ci ilin payızına qədər Xəzər dənizində bir neçə səfərlər həyata keçirməyi planlaşdırırıq. Qışda teploxodu Soçiyə göndərmək istəyirik, çox güman ki, o, üzən mehmanxana kimi fəaliyyət göstərəcək", - "Mosturflot" turoperatorunun mətbuat katibi Aleksandr Filimonov deyib.

"Şərq xəzinələri" kruizi 11 gün/10 gecə üçün nəzərdə tutulub. Gəmi Bakı (Azərbaycan), Bəndər-Ənzəli (İran), Nouşəhr (İran), Türkmənbaşı (Türkmənistan), Aktau (Qazaxıstan), Həştərxan (Rusiya), Mahaçqala/Dərbənddə (Rusiya) dayanacaq.

Tikilməkdə olan teploxodda 155 eyvanlı kayut və 12 lüks kabin olacaq. Gəmi 310 sərnişin üçün nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi