Venesiyada "fast-food" restoranların açılmasına qadağa qoyulub

Venesiyada "fast-food" restoranların açılmasına qadağa qoyulub Bakı. 11 may. REPORT.AZ/ İtaliyanın Venesiya şəhərində yaxın 3 il ərzində fast-food restoranların açılmasına qadağa qoyulub.
Turizm
11 May , 2018 12:32
Venesiyada fast-food restoranların açılmasına qadağa qoyulub
0 : 00
0 : 00

Bakı. 11 may. REPORT.AZ/ İtaliyanın Venesiya şəhərində yaxın 3 il ərzində "fast-food" restoranların açılmasına qadağa qoyulub.

“Report” xarici mətbuta istinadən xəbər verir ki, şəhər rəhbərliyinin bu addımı turistlərin hesabına yaranan tullantıların həcmini azaltmaq istəyi ilə bağlıdır. 

Belə ki, turistlər Venesiyanın tarixi yerlərini gəzərkən aldıqları “fast-food”ları özləri ilə daşıyırlar. Bu da kilsələrin, körpülərin və bir çox tarixi məkanların önündə yemək kağızlarının yığılmasına gətirib çıxarır. Bundan başqa, əcnəbilər cərimələrə baxmayaraq, aldıqları yeməklərlə göyərçinləri yemləyirlər. 

Venesiya bələdiyyəsinin sədri Luici Bruqnaronun sözlərinə görə, bundan sonra şəhərdə fəaliyyət göstərən iaşə obyektləri üçün yeni qaydalar tətbiq olunacaq. Belə ki, obyektlərin yanında zibil qutularının qoyulması, turistlər üçün tualet təşkil edilməsi məcburi olacaq.

Son xəbərlər

Orphus sistemi