Ümumdünya Turizm Təşkilatı Azərbaycanda kənd turizmini inkişaf etdirmək istəyir

Ümumdünya Turizm Təşkilatı Azərbaycanda kənd turizmini inkişaf etdirmək istəyir Azərbaycanda gələn ili kənd turizm ili elan edəcəyik.
Turizm
18 İyun , 2019 13:45
Ümumdünya Turizm Təşkilatı Azərbaycanda kənd turizmini inkişaf etdirmək istəyir
Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili / Report / Elchin Murad

"Azərbaycanda gələn ili kənd turizm ili elan edəcəyik".

"Report" xəbər verir ki, bunu Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili deyib.

“Azərbaycan təkcə paytaxt Bakıdan ibarət deyil, onun regionlarda gözəl məkanları var. Bizim əsas rolumuz regionları inkişaf etdirməkdir. Sahibkarlar regionlara da sərmayə qoysunlar ki, biz yeni iş yerləri aça bilək. Turizm sənayesini şərtləndirən əlamətlər məhz iş yerlərinin açılmasıdır. Eyni zamanda Azərbaycanın tanıtımı lazımdır. Burada söhbət puldan getmir, məhz ürəkdən və səmimi qəlbdən görülən işdən gedir”, - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi