Ukraynada Donbas sakinləri üçün turizm marşrutları yaradılacaq

Ukraynada Donbas sakinləri üçün turizm marşrutları yaradılacaq "Bu müvəqqəti çətinliklər gec-tez sona çatacaq"
Turizm
8 Mart , 2021 17:08
Ukraynada Donbas sakinləri üçün turizm marşrutları yaradılacaq

Ukrayna hökuməti ölkənin Donbas şəhərinin sakinləri üçün turizm marşrutlarının yaradılması ilə bağlı layihə hazırlayır.

“Report”un “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın Turizmin İnkişafı üzrə Dövlət Agentliyinin rəhbəri Maryana Oleskiv bildirib.

Onun sözlərinə görə, hökumət nəzarətsiz ərazilərin sakinləri üçün Ukraynanın qalan hissəsini ziyarət etmək, inteqrasiya etmək və ünsiyyət qurmaq üçün maraqlı marşrutlar hazırlamaq niyyətindədir.

"Bu müvəqqəti çətinliklər gec-tez sona çatacaq, ancaq insanlar arasındakı münasibətlər qalmalıdır", - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi