Bakı. 10 oktyabr. REPORT.AZ/ Ukraynanın Zaporojya şəhərində oktyabrın 11-13-də “Info Forum” (Integration and Cooperation) adlı beynəlxalq biznes forumu keçiriləcək.
Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.
Bildirilib ki, Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən iş adamları və sahibkarlar forumda iştiraka dəvətlidirlər.
Forum haqqında ətraflı məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.