Ukrayna haqqında yeni rəsmi sayt yaradılıb

Ukrayna haqqında yeni rəsmi sayt yaradılıb Bu gün Ukraynada UKRAINE.UA rəsmi saytı fəaliyyətə başlayıb
Turizm
18 Yanvar , 2021 15:29
Ukrayna haqqında yeni rəsmi sayt yaradılıb

Bu gün Ukraynada UKRAINE.UA rəsmi saytı fəaliyyətə başlayıb.

“Report” Ukraynanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, bu müasir rəqəmsal platforma sayəsində xaricilər Ukraynanın yaradıcı və ilhamverici tarixini öyrənəcək.

Burada hər kəs ölkə haqqında ilk təəssüratı ala biləcək və buraya oxumağa, sərmayə qoymağa və yaxud da səyahət etməyə gəlmək barədə qərar qəbul edəcək.

UKRAINE.UA saytını ziyarət edən şəxslər rahat dildə yazılmış və məzəli mətnlərlə qarşılaşacaq, eləcə də Ukraynanın müxtəlif təbiətini, qədim qəsrlərini, dağlarını, rəngarəng şəhərlərini və bir çox başqa şeyləri nümayiş etdirəcək çox sayda gözəl və keyfiyyətli şəkilləri görəcək.

Dünya üzrə milyonlarla insan Ukrayna ilə tanış ola və ilk baxışdan ona aşiq ola biləcək.

COVID-19 pandemiyası bir gün bitəcək. Bu baş verən kimi, dərhal Ukraynanı ziyarət etmək və onun verə biləcəyi hər şeydən həzz almaq lazımdır. Hələlik isə bunu UKRAINE.UA portalında onlayn şəkildə edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi