Azərbaycan Ufa sakinlərinin bayram tətillərində ən çox səyahət etdikləri ölkə olub

Azərbaycan Ufa sakinlərinin bayram tətillərində ən çox səyahət etdikləri ölkə olub Bakı. 10 yanvar. REPORT.AZ/ Azərbaycan Rusiyanın Ufa şəhərinin sakinlərinin yeni il bayramı tətillərində ən çox səyahət etdikləri ölkə olub.
Turizm
10 Yanvar , 2019 09:50
Azərbaycan Ufa sakinlərinin bayram tətillərində ən çox səyahət etdikləri ölkə olub

Bakı. 10 yanvar. REPORT.AZ/ Azərbaycan Rusiyanın Ufa şəhərinin sakinlərinin yeni il bayramı tətillərində ən çox səyahət etdikləri ölkə olub.

“Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ötən illə müqayisədə bu il Ufadan Azərbaycana səfərlərin sayı 4 dəfə artıb.

Yerli sakinlərin daha çox səyahət edtikləri ikinci ölkə isə Ermənistan olub. Belə ki, bayram tətillərində Ermənistana ötən ilə nisbətən 3 dəfə çox ufalı gedib. Siyahıda 3-cü yeri isə Gürcüstan tutub. 

Rusiya daxilində isə ufalılar yeni il bayramı tətillərini Moskvada keçirməyə üstünlük veriblər. Paytaxta üz tutanların sayında ötən illə müqayisədə 5% artım baş verib. İstirahət üçün Sankt-Peterburqu seçən səyahətçilərin sayı isə ötən il nisbətən 24% artıb. Siyahıda 3-cü yerdə isə Soçi qərarlaşıb. Amma bu şəhərə maraq göstərənlərin sayı 50% azalıb. 

Son xəbərlər

Orphus sistemi