Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı 12% artıb

Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı 12% artıb Bakı. 30 mart. REPORT.AZ/ Bu ilin fevral ayında Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı yanvar ayına nisbətən 0,5%, ötən ilin fevral ayı ilə müqayisədə isə 11,9% artaraq 48 327 nəfər təşkil edib.
Turizm
30 Mart , 2018 13:35
Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı 12% artıb

Bakı. 30 mart. REPORT.AZ/ Bu ilin fevral ayında Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı yanvar ayına nisbətən 0,5%, ötən ilin fevral ayı ilə müqayisədə isə 11,9% artaraq 48 327 nəfər təşkil edib.

“Report” bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, 2018-ci ilin iki ayında Türkiyəyə səfər edən xarici vətəndaşların sayı illik müqayisədə 35% artaraq 3 milyon nəfərə çatıb. İlk 5-likdə İran (350 421 nəfər), Gürcüstan (307 447 nəfər), Bolqarıstan (231 374 nəfər), Almaniya (196 604 nəfər) və Rusiya (134 211 nəfər) vətəndaşları qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi