Türkiyənin turizm gəlirləri 32 %-dən çox artıb
- 28 aprel, 2023
- 11:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I rübündə Türkiyənin turizm gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 32,3 % artaraq 8 milyard 690,5 milyon ABŞ dolları təşkil edib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı məlumat yayıb.
Yanvar-mart aylarında turizm gəlirlərinin 20,8 %-i xaricdə yaşayan ölkə vətəndaşlarının hesabına əldə edilib.
3 aylıq gəlirlərin 86,3%-i və yaxud 7 milyard 503,25 milyon ABŞ dolları şəxsi səfərlər, 13,7 %-i və yaxud 1 milyard 187,25 milyon ABŞ dolları isə tur-paketlər hesabına formalaşıb.
Bundan başqa, məlumata görə, hesabat dövründə Türkiyədən xaricə səfər edən şəxslərin sayı isə 1 il əvvələ nisbətən 26,8 % artaraq 8,181 milyon nəfərə çatıb. Xaricə gedənlərin 20,4 %-ni və yaxud 1,672 milyon nəfərini xaricdə yaşayan Türkiyə vətəndaşları təşkil edib.