Türkiyənin tibbi turizmdən illik gəliri 20 milyard dollara çata bilər

Türkiyənin tibbi turizmdən illik gəliri 20 milyard dollara çata bilər Türkiyə ötən il tibbi turizmdən 4 milyard ABŞ dolları gəlir əldə edib, bu rəqəmi yaxın illərdə 20 milyard ABŞ dollarına çatdıra bilər.
Turizm
22 Aprel , 2023 16:55
Türkiyənin tibbi turizmdən illik gəliri 20 milyard dollara çata bilər

Türkiyə ötən il tibbi turizmdən 4 milyard ABŞ dolları gəlir əldə edib, bu rəqəmi yaxın illərdə 20 milyard ABŞ dollarına çatdıra bilər.

“Report” Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Türk Sağlıq Turizm Dərnəyinin rəhbəri Servet Terziler bildirib.

Onun sözlərinə görə, bu hədəfə çatmaq üçün bəzi addımlar atılmalı, o cümlədən tibbi turizm sahəsində yoxlamaların sayı artırılmaqla, haqsız rəqabətin qarşısı alınmalıdır.

"Məsələn, həkim olmayan şəxslərin xəstəxanalarda otaqlar icarəyə götürərək saç əkməsi dərhal dayandırılmalıdır. Xidmət İxracatçıları Assosiasiyasının tövsiyə etdiyi, akkreditə olunmuş qurumlar dəstəklənməlidir. Saç əkimi sahəsində işləyə bilən tibb bacıları və anesteziya texnikləri tədris proqramında nəzərə alınmalıdır. Hazırda Türkiyədə 2 000-dən artıq qanuni saç əkimi mərkəzi var. Onların xərcləri qeyri-qanuni fəaliyyət göstərən saç əkimi mərkəzləri ilə müqayisədə çoxdur. Bu da turizm gəlirlərinin artmasına mane olur. Vəziyyətə nəzarət etmək üçün Səhiyyə Nazirliyinin üzərinə öhdəlik düşür", deyə S.Terziler bildirib.

Son xəbərlər

Orphus sistemi