Türkiyənin Antalya bölgəsi bu il 3 milyondan çox turist qəbul edib

Türkiyənin Antalya bölgəsi bu il 3 milyondan çox turist qəbul edib Bu ilin yanvar-iyul aylarında Türkiyənin Antalya bölgəsi 3,396 milyon turist qəbul edib.
Turizm
10 Avqust , 2021 17:14
Türkiyənin Antalya bölgəsi bu il 3 milyondan çox turist qəbul edib

Bu ilin yanvar-iyul aylarında Türkiyənin Antalya bölgəsi 3,396 milyon turist qəbul edib.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 dəfə çoxdur.

Antalyaya üz tutmuş turistlərin 33,2%-i və yaxud 1,127 milyon nəfəri Rusiya, 19,8%-i və yaxud 671 min nəfəri Ukrayna, 11,45%-i və yaxud 389 min nəfəri Almaniya, 5,2%-i və yaxud 176 min nəfəri Polşa, 2,9%-i və yaxud 99 min nəfəri isə Qazaxıstan vətəndaşlarıdır.

Son xəbərlər

Orphus sistemi